Azərbaycan xalqını aldadan bir çox şirkətlər vardır ki, bu şirkətlər hər kvartal, hər fəsil yeni-yeni kompaniyalar keçirərək milləti soymaqla məşğuldur. Istər endirim, istər hər hansı bir şirikləndirici kredit aksiyaları, yaxud da rifahı "yaxşılaşdırıcı" layihələrin keçirilməsində məqsəd əslində kasıb, lakin nəyəsə ehtiyacı olan insanları soymaqdan ibarət olan bir çox şirkətlər, "CATEL" MMC-dir ki, yaxın günlərdə bu şirkət haqqında ətraflı məlumat veriləcək və reportajlar intensiv olaraq hazırlanacaq.
Indi isə əsas mövzu tez-tez ekranlarda reklamları gedən "MAQNİT" EKSPRESS KREDİT şirkətidir ki, bu mağazalarda rəsmi olaraq əhalini aldadır və mədəni surətdə onları talan edirlər. əvvəla onu vurğulayım ki, reklamlarda deyildiyi kimi, kredit faizləri aşağı yox, inanılması mümkün olmayan dərəcədə yüksəkdir. Misal üçün: 420 AZN olan paltaryuyan maşınını almaqdan ötrü burada 10 ay müddətində 780 AZN-ə, pilus 10 AZN-də kredit blankının açılmasına pul ödənilməlidir. Bəs burada faizsiz, ilk ödənişsiz olan kredit nədən ibarətdir soruşulanda heç "Maqnit" işçilərinin özləri belə bu sualın cavabını tapa bilmirlər. Deyilənlərlə bağlı apardığım bir araşdırmanı da sızin nəzərinizə çatdırıram ki, ehtiyatlı olasınız və bu şirkətin fırıldağına düçar olmayasınız. Şərti alıcı kimi mən də kanallarda gedən reklamda əks olunan telefona zəng etdim və qaz ilə işləyən pilitə almaq fikrində olduğumu bildirdim, qiymətin isə reklamda göstərildiyi kimi, ilkin ödənişsiz, 10 ay müddətinə 20 AZN manat olduğunu öyrəndim. özünü Ulduz kimi təqdim edən xanım elə həvəsləndirici danışırdı az qaldım ona inanım. Adıçəkilən şirkətin digər telefon nömrəsinə zəng etdim, yenə məni məlahətli qadın səsi salamladı və onun adının Arzu olduğunu öyrəndim. Azru xanım da məni elə həvəsləndirdi ki, istədim doğrudan da qaz peçi alım. Bu məqsədlə 3 m/r bazarı ilə üzbəüz yerləşən "MAQNİT" mağazasına getdim və orada həm satılan malların keyfiyyətsiz, həm də həddən ziyadə bahalı, kredit şərtlərinin isə dəhşətli dərəcədə əlverişsiz olduğunun şahidi oldum. Satış meneceri Cəmilə xanımdan vəziyyətin reklamda olduğu kimi deyil olduğunu söylədikdə az qaldı xanım məni döyə. "Qaçmaq igidlikdir" deyib oradan birtəhər salamat çıxdım və yollandım "Neftçilər" metrosu ərazisində yerləşən "MAQNİT"ə, oradan da 28 may metrosu yaxınlığında olan mağazaya getdim və orada da vəziyyətin ağır olduğunu gördüm.
Əziz və dəyərli Azərbaycan xalqı çalışın sizin ehtiyacınızdan, zəif bir cəhətinizdən istifadə edərək sizləri aldadan, pullarınızı mədəni şəkildə mənimsəyən fırıldaqçılara inanmayın, axı biz gözüaçıq, ağıllı xalqlardanıq.
| HTML-dili şəklində sizin sayt üçün | |
| BB-kodu şəklində | |

















