Xalqımızın Babəki » Azerbaijan PRESS VIDEO-PHOTO The Journal of the factor
DİQQƏT : www.AzPRESS.az xəbərdarlıq edir ki, Sizin ŞƏXSİ SAYT adlanan bu bloqsda təqdim olunan materiallara görə redaksiya hec bir məsuliyyət daşımır! Bu bloqs oxucularımızın şəxsi SAYTI hesab olunur!
 
 
 

Xalqımızın Babəki

Yerləşdirdi: sevinc.rzaqizi tərəfindən. 9-09-2011, 12:06, baxıldı: 209

0
Xalqımızın Babəki
Torpağımızın və xalqımızın tarixi çox-çox qədimlərə gedib çıxır.Bu gün də ölkəmizin ayrı-ayrı bölgələrində üzə çıxan,aşkar edilən maddi- mədəniyyət abidələri bir daha bunu sübut edir.Nəzərə alsaq ki, “bizi sevən qonşular”ımız tarixi torpaqlarımızın müəyyən hissəsinə (özü də tarixi baxımdan ən zəngin hissəsinə) “sahiblənib”lər, bu, torpağımızın qədimiliyi və zənginliyini ikiqat,üçqat artırır.Torpağa sahib olmaq , deməli,onu qorumaq deməkdir.Tarix boyu bu torpağı qoruyub saxlamağa çalışan,onun uğrunda mübarizə aparan,canından keçən igid türk övladlarının sayı bir tarixə bəllidir.Bu oğullar arasında adı,mübarizəsi tarixə düşmüş çox qəhrəmanlarımız var.Xalq üçün canından keçənlərin adını da,ruhunu da,nəfəsini də,xatirəsini də elə xalq yaşadır.Azadlıq mübarizəmizin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı altmış ildən artıq davam etmiş xürrəmilər hərəkatı olmuşdur. VIII əsrdən etibarən ərəb istilasına qarşı yönəlmiş xürrəmilər hərəkatının rəhbərlərindən olan Cavidanla Əbu İmran arasındakı toqquşmadan istifadə edən xilafət ölkədə öz siyasətini müvəffəqiyyətlə yeridirdi. Lakin Babəkin bu hərəkata başçılığı vəziyyəti kökündən dəyişdirdi. Əsrlərdən bəri adı qəhrəmanlıq rəmzinə çevrilmiş Babək öz zəmanəsinin cəsur sərkərdəsi və görkəmli siyasi xadimi idi.Haqqında yazılmış saysız-hesabsız əsərlərin heç birində onun tərcümeyi-halı, şəxsiyyəti və fəaliyyəti düzgün əks etdirilməmişdi.Babək hərəkatının müasiri,ərəb alimi Əbu Hənifə əd-Dinəvəri hələ o zamanlar Babəkin əsli və təlimi haqqında müxtəlif rəylər olduğunu göstərirdi.Həmin rəylərə əsasən belə qənaətə gəlmək olur ki, Babəkin başçılıq etdiyi xürrəmilər-babəkilər öz ideya və əməlləri ilə ifrat şiəçilərə və batinilərə yaxınlaşan xürrəmdinilərdən fərqli olaraq əsası məzdəkiliklə bağlı yeni dini görüş yaratmış,yalnız ərəblərin hakimiyyətlərinə qarşı deyil, onların təbliğ etdikləri və o dövrdə Azərbaycanda tam mənimsənilməyən ideologiyalarına qarşı da çıxmışdılar.Cəmisi 40 il ömür sürmüş Babək 798-ci ildə Ərdəbil yaxınlığında Bilalabad kəndində doğulmuşdu.Səid Nəfisi yazır ki, “ mədainli kiçik yağ alverçisi Abdulla Ərdəbil yaxınlığındakı Bilalabad kəndinə gəlmişdi.O, burada yerli hakim ibn ər-
Rəvvadın qulluqçusu ,təkgözlü Bəruməndlə evləndi.Bu qadından Babək doğuldu.Abdulla Savalan dağlarına səfər zamanı öldürüldü.Bu zaman Babəkin bir yaşı vardı.Bundan sonra Bərumənd oğlu Babəklə Səraba köçdü.” Öz müsəlman Həsən adını ilk Sasani hökmdarı Ərdəşirin atası mobed Papakın adı ilə əvəz etməsi ehtimal olunur. Mənbələrdən məlumdur ki,xürrəmilər Babəkə qədər xilafətə qarşı iki dəfə üsyan etmişlər.Bu üsyanlar 778 və 808-ci illərdə olmuşdur.Azadlıq mübarizəsi bir çox əraziləri bürüsə də,bütün mənbələr təsdiq edir ki, Babəkin və xürrəmilərin vətəni Azərbaycan idi və azadlıq mübarizəsi buradan başlanmışdı.819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı nizami ordu göndərmədi.Lakin Babəkilər hərəkatı güclənərək xilafət üçün böyük qorxu yaratdı.Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın başçılığı ilə Babəkə qarşı ilk nizami ordu göndərdi.IX əsrin 30-cu Illərinin əvvəlləri azadlıq müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar.Ərəb tarixçisi Dinəvərinin məlumatına görə,bu zaman “Babəkin işi böyük vüsət aldı və ərəblər ondan qorxmağa başladılar.Onunla vuruşurdular,lakin qalib gələ bilmirdilər.Babək qoşunları dağıdır və sərkərdələri öldürürdü.” Xürrəmilərin 830-cu ildə Həmədanı tutmaları xilafətə ağır zərbə oldu. Çünki xilafətin paytaxtı Bağdadı imperiyanın şərq torpaqları ilə birləşdirən yeganə yol buradan keçirdi.Bu, üsyançıların nizami ərəb orduları üzərində beşinci parlaq qələbəsi idi.Səid Nəfisi obyektiv olaraq babəkilərin əldə etdiyi müvəffəqiyyətləri Azərbaycan xalqının ərəblərə qarşı apardığı milli-azadlıq mübarizəsi kimi qiymətləndirərək yazır : “Babəkin müvəffəqiyyətlərinin əsl səbəbini xalqın birliyində,ərəb istilaçılarına və onların hakimiyyətinə qarşı qatlaşmamaqda axtarmaq lazımdır.”Xürrəmilər icmasına rəhbərliyi qəbul etmiş Babək Cavidanın vəsiyyəti adlandırdığı müqəddəs vəzifəni elan etdi:xürrəmilər Babəkin rəhbərliyi altında “torpağa sahib olmalı,zalımları məhv etməli və məzdəkiliyi dirçəltməli “ idilər.Ərəblərə qarşı mübarizədə məzlum kəndlilər,eləcə də bir sıra mülkədarlarla yanaşı,xilafətin bəzi tanınmış xadimləri və əmirləri də Babəkə müttəfiqlik edirdilər.Bunlardan Babəklə məktublaşan Təbəristan hakimi Məzyər,xürrəmilərin yardımından istifadə edən əmir Minkiçəvr əl- Fərqani, Mərənd hakimi İsma əl-Kürdi və başqaları siyasi məqsədlər naminə hərəkata qoşulmuşdular.Lakin müharibə uzandıqca,ərəblərin qələbələri artdıqca,yeni-yeni qüvvələr hesabına orduları möhkəmləndikcə üsyançıların sıraları seyrəlirdi. Xəlifənin və Afşininin tədbirlərindən qorxuya düşən yerli feodallar, o cümlədən Babəkin sabiq tərəfdarları və müttəfiqləri Səhl ibn Sumbat, Ibn Bəis,Əbu Musa və onlarca başqaları tədricən üsyançılardan uzaqlaşaraq, Babəkə xəyanət etdilər.Məşhur sərkərdə,mənşəcə türk olan Afşin Heydər ibn Kavus xürrəmilərə qarşı vuruşan ərəb ordusuna baş komandan təyin olunmuşdu.Əl-Təbərinin məlumatına görə,837-ci il avqustun 26-da xürrəmilərin istinadgahı ələ keçirildi.Afşin Bəzz qalasının yerlə yeksan olunması haqqında sərəncam verdi.Nizamülmülk Bəzz alınarkən 80 mindən artıq xürrəminin öldürüldüyünü xəbər verir. Salamat qalmış əhali əsir alınır.Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər.Əl-Yəqubinin məlumatına əsasən Bəzzdə 7600 əsir ələ keçirilmişdi.Babəkin özü isə tacir paltarı geyərək,Həştadsər dağının yanındakı sıx ağaclar və kollarla örtülmüş bataqlıq dərəyə endi və burada gizləndi.Afşin bütün yolları nəzarət altına aldı.Babəki və onun adamlarını tutub verənə böyük mükafat vəd etdi.Bizansa keçib getmək istəyən Babəki keçmiş müttəfiqi Səhl Sumbat ələ vermiş,xilafət isə alban knyazı Səhlin xəyanətinu yüksək qiymətləndirdi: böyük pul mükafatı ilə təltif edilən Səhl, Moisey Kalankatlının məlumatına görə “ Ermənistan, İberiya və Albaniya üzərində ali hakimiyyəti aldı” Azərbaycan xürrəmiləri üzərindəki qələbə xilafətə çox baha başa gəldi: 20 ildən artıq müddət ərzində babəkilər xilafətin 225 min döyqşçüsünü və xeyli sərkərdəsini məhv etmişdilər.Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan,ərəb üsul-idarəsinə qarşı xalq azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat əl-Məsudinin dili ilə desək “az qala Abbasilər dövlətini məhv edəcəkdi “.Azərbaycanlıların yadelli istismarçılara qarşı qüdrətli çıxışına çevrilmiş xürrəmilər –babəkilər hərəkatı xilafətin məzlum xalqlarla qarşılıqlı münasibətlrini kəskinləşdirdi,ərəb imperiyasının parçalanma prosesini sürətləndirdi. Dövrün ən iri çıxışlarından olan xürrəmi-babəkilər hərəkatının uğursusluğuna baxmayaraq,o xalqların hafizəsində dərin izlər qoymuşdur.
Dədə Qorqudun bizə əmanət qoyduğu torpaqlarımız elə ərəblərə qədər də,ərəblərdən sonra da dəfələrlə təcavüzə məruz qalıb.1813-cü ildə Gülüstan sülhünü (əgər buna sülh demək mümkünsə) imzalayan Qacarlar torpaqlarımızın bütövlüyünə cəhd etsələr də nəticə daha ağır oldu.İkinci Rus-İran müharibəsi (1826-1828 ci illər) zamanı Qacar sarayı bədnam Türkmənçayı imzalamağa məcbur edildi.Sonralar isə Azərbaycan dövləti tamam farslaşdırma siyasətinə məruz qaldı. Qonşular sarıdan “baxt”ı gətirən Azərbaycanın tarixinə bir zərbə də vurulmaqdadır.İran İslam Respublikası ərazisundə (işğal edilmiş tarixi türk torpaqlarında) məşhur Urmiyyə göiünün qurumasıt təhlükəsinin olmasına baxmayaraq,rəsmi dövlət strukturlarının buna biganəliyi bizi heç də təəccübləndirməməlidr.Axı, söhbət türk torpağından gedir,özü də elə bir yerdən ki, dövlətçiliyimizin binəsi qoyulan yerdən.Tarixdən məlumdur ki, hələ eradan əvvəl III minillikdə məhz bu ərazidə ilk türk dövlət qurumları yaranmış və e.ə. İ minillikdə ilk Azərbaycan dövləti olan Manna dövləti məhz bu zəmində yaranmışdır.Urmiyyə gölünü məhv etmək Azərbaycana növbəti xəyanətdir.Azərbaycan dövlətinin bu günkü daxili və xarici siyasətindəki böyük uğurları dostları sevindirir,düşmənləri kor edir.Əsası Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın müstəqil addımları ilə fəxr etməyə dəyər. Babəkin adını oğullarda yaşadan,Babəkin ruhunu,mübarizəsini davam etdirən, Babək qalasından istiqlala çağıran bir xalq basılmazdır.
Sevinc Rzaqızı
HTML-dili şəklində sizin sayt üçün
BB-kodu şəklində
Xəbər başlığı: Xalqımızın Babəki

Ссылка будет доступна в течении 0 ч. после оплаты

Bölmələr: Azərbaycan Tarixi

Hörmətli istifadəçi siz sayt da qeydiyyat olmadan istifadə edirsiniz.
Biz sizə tövsiyyə edirik ki, qeydiyyatdan keçəsiniz. Yaxud da sayta şəxsi istifadəçi adınızla gələsiniz.
Azpress VB

Rəy əlavə et

Adı:*
E-Mail:*
Şərhlər:
Kodu daxil edin: *
 
1990ci il 20 yanvarda sovet ordusunun AZERBAYCAN TORPAGINA tecavuz etmesinden fotoqraf ressam T, 2012-ci il ejdaha kimi olacaq, 26 İYUL AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN YARANMASI GÜNÜ MÜN, 4-5 iyun 2011-ci il tarixinde Azerbatcan Respublikasi Medeniyyet ve Turizm Nazirliyinin desteyi ile , Aktual, Ali məktəb tələbələri arasında respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb, AZERBAYCANDA QAR SEVINCI GENCLER BAYRAMINA HEDIYYE OLDU, Azərbaycan Dövlət Rəqs ansamblının konserti, Azərbaycan kinosujeti sərgiləndi, Azərbaycan Radiosunun 85, Bakıda ilk dəfə keçirilən “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi olub, Bakıda XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılmış, Bakıda “Potensial” dekorativ-tətbiqi sənət festivalı açılmışdır, Bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyi konsert proqrami ilə keçirildi, CITY CHALLENGE BAKU 2012 Dunya mediasinin diqqetindedir, ELIN MEHRIBAN QIZI klipinin BMM-de teqdimati, foto, Gencenin novruz cinfoniysi 2012 ci ilde xalqin zehmetiyle, GULES AZERBAYCANA SOHRET GETIRIR, GƏNCLƏR MÜKAFATI - 2013, Gənc solistlərin iştirakı ilə “YENİ TƏƏSSÜRATLAR” adlı konsert keçirilib, Gənc Tamaşaçılar Teatrında “Romeo və Cülyetta” premyerası baş tutdu, JUDO UNION-BAKI BIRINCILIYI, Milli Dram Teatrında «Qadın məhəbbəti» adlı tamaşa keçirilib, Miras, Mubariz SEHIDLERIMIZE hesr edilmis teatr festivali istirakcilari mukafatlandirildi Millet Vekili Ja, Musiqi ve xalq seneti festivali Filarmoniya baginda, MİLLİ KARATE FEDERASİYASİ 10-dan 12- nedek BAKİDA FEVRAİDA 2012 il beynelxalq KARATE yarisİ KECİR, MİRAS AĞSUYA İNFOTUR TƏŞKİL EDİB, qəzəl, sizinlə gələcək” adlı tədbir keçirilmişdir, TEATR FESTIVALININ ACILISI GENC AKTYORLARA ALQISLARLA BASA CATDI, Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin yekun konserti keçirilib, Vokalçı Sevda Quliyevanın solo konserti keçirildi., “Pirates Story” klipinin təqdimatı keçirildi., “Sağlam gələcək, “Xatirələrdə yaşayan əbədi ömür” adlı tədbir keçirilib, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, İsmayıllıda keçirilən “Jurnalistlər üçün qış məktəbi”nə yekun vurulub, Əməkdar incəcənət xadimi Pərviz Quliyevin 70 illiyinə həsr olunmuş Kino səlnaməsi foto sərgisi muze

Bütün xəbər başlıqlarnı göstər