Əsir düşmüş abidələrimiz » Azerbaijan PRESS VIDEO-PHOTO The Journal of the factor
DİQQƏT : www.AzPRESS.az xəbərdarlıq edir ki, Sizin ŞƏXSİ SAYT adlanan bu bloqsda təqdim olunan materiallara görə redaksiya hec bir məsuliyyət daşımır! Bu bloqs oxucularımızın şəxsi SAYTI hesab olunur!
 
 
 

Əsir düşmüş abidələrimiz

Yerləşdirdi: Çingiz Müzəffəri tərəfindən. 2-08-2011, 11:08, baxıldı: 1986

0
ƏSİR DÜŞMÜŞ ABİDƏLƏRİMİZ

Dünya sivilizasiyasının inkişaf tarixinə nəzər salsaq əsas mədəniyyət ocaqlarının əlverişli təbii-coğrafi şəraitə malik olan iki çay arası ərazilərdə: Dəclə- Fərat (Mesopotamiya),Hind-Qanq, Xyanxe-Yantsızı, Amudərya-Sırdərya (Ceyhun-Seyhun) çayları arasında yerləşdiyini görərik. Azərbaycan ərazisində də belə gözəl təbii şərait vardır: qərbdə Göyçə və Urmiya gölləri, cənubda Qızıl Üzən çayı mərkəzdə Kür-Araz vadisi, şərqdə isə göllər şahı- Xəzər dənizi yeləşir.
Bu yazımızda saysız-hesabsız mədəni nailiyyətləimizdən deyil, 14 (bu bölgü də şərtidir, əslində isə, parçalanmış ərazilərin sayı-sahəsi xeyli çoxdur) hissəyə parşalanmş tarixi Vətənimizin sözün əsl mənasında əsir düşmüş, öz əzəli torpaqlarında qürbətdə qalmış tarixi abidələrindən bəhs etmək fikrindəyik. Bunun üçün təqrbi bir siyahı tərtib etdik:
Azıx mağarası. Qanzasar monastırı.
Dərbənd şəhəri və qalası. İrəvanda Göy məscid və Sərdar sarayı.
Xudafərin körpüləri. Ərdəbil şəhərindən aparılmış Şeyx Səfi
Gəncə qapıları. kitabxanası və əlyazmaları.
Əlbətdə, bu siyahını dəfələrlə uzatmaq olardı. Çünki Vətən torpaqlarının itirilmiş hər bir çınqılının, hər bir qum dənəsinin də yeri müəyyən olunmalı və geri- öz yerinə qaytarılmalıdır.
* Azıx mağarası Füzuli rayon mərkəzindən 10-12 km. qərbdə yerləşir. Quruçay dərəsinin kənarındadır. 1960-cı ildən tədqiq olunur. Karst mənşəlidir. Uzunluğu 400 m, ümumi sahəsi 1200 kv.m-dən artıqdır. Mağara salonlarının hündürlüyü 20-25 metrə çatır. On arxeoloji təbəqədən 300-dən artıq daş məmulatı əldə olunmuşdur. Alimlərdən Məmmədəli Hüseynov, D.Hacıyev, Ə.Məmmədov, N.Şirinov, V.Veliçko, Ə.Cəfərov, V.Hacıyev, C.Əliyev, M.Süleymanov və başqaları bu mağaranın tədqiqi ilə məşğul olmuşlar.
Mağaraya ad vermiş ustadımız (Allah ona rəhmət eləsin) Məmmədəli müəllim bizə deyərdi ki, yerli camaatın dialektincə Azıx ayı demıkdir. Sonra da əlavə edərdi ki, ermənilər mağaranın ermənicə Azox adlandırılmasına çalışırlar. .
AZIX MAДћARASI AZIXANTROPUN ÇƏNƏ SÜMÜYÜ

l968-ci ildə burada 350-400 min il əvvəl yaşamış 18-22 yaşlı qadının Azıxantrop-un alt çənə sümüyü aşkar olundu... 700 min il əvvələ aid ocaq yerləri və daha nə qədər arxeoloji tapıntılar əldə olundu.1993-cü ilin avqustun 23-dən erməni vandallarının əsirliyindədir bu qiymətli milli və eyni zamanda ümumbəşəri abidə. Necə deyərlər: Arxalı köpək QURD basar.Bu işdə erməni vandallarına şimal ayıları-dayıları kömək etdi...Azıx mağarası bəşərin inkişaf tarixini izləməyə imkan verən dünya miqyaslı abidə olmaqla, fikrimizcə Misir ehramlarından az əhəmiyyətli deyildir.
Vandallar bu mağaranı əvvəlcə sursat anbarına çevirmişdilər. Son vaxtlarda isə əsasən xaricdə D dəvət etdikləri alimlərin köməyi ilə özlərinə tarix qondarmaqla məşğuldurlar. Dua oxumaqla donuz darıdan çıxmaz.Düşünürəm ki, Azərbaycan əsgərinin Azıx mağarası-nı əsirlikdən azad edəcəyi günə az qalır.
DƏRBƏND QALASI
* Bu şəhər haqqında Dədə Qorqud boylarında da oxuyuruq. Bu qala-şəhər haqqında çox danışmaq, çox yazmaq olar. V-Vl əsrlərdə 40 km-dən çox uzanan sədd tikilmişdi. Sahildəki körpüyə uzanan qoşa divarlar ağır daşlarla hörülərək əridilmiş qurğuşunla bərkidilmişdir. Limanın yolu zəncirlərlə bağlanırdı. Sasanilər də, ərəblər də, ruslar da Dəmir qapı Dərbəndin qiymətini yaxşı bilirdilər.
Qubalı Fətəli xan (1758-89) hələ 1775-ci ildə Dərbəndi müxtəlif siyasi mülahizələrlə Rusiyaya güzəştə getmiş, qalanın açarlarını Türk düşməni çariça ll Yekaterinaya göndərmişdi.
1828-ci il Türkmənçay müqaviləsi bizim üçün bu ayrılığı rəsmiləşdirdi. İndi Dərbənd qalası Dağıstanda, Dağıstan isə rusun əlindədir.. Beləliklə, Cənubi Qafqaz bizim evimizdir, qapısı və açarları isə yabançılardadır...
* Xudafərin körpüləri Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin (985-1030) dövründə 1027-ci ildə Araz çayı üzərində salınmışdır. İki körpüdür: biri 11 tağlı, ikincisi 15 tağlıdır. 1813-cü ildən bu körpülər Vətənimizin Güneyini və Quzeyini birləşdirə bilmirlər, dərdli dərdli, ovula ovula dururlar, elə bizim kimi...

XUDAFƏRİN KÖRPÜSÜ
Bu dərdimiz də az göründü yağı düşmənlərə. 1993-cü il avqustun 18-də Cəbrayıl bölgəsi ilə birlikdə vandal erməniyə əsir düşdü körpülərimiz...
* Gəncə qapılarını 1063-cü ildə Şəddadi dövlətinin hökmdarı Əbüləsvar Şavur (1049-1067) dəmirçi İbrahim Osmanoğluya düzəltdirmişdi. 1139-cu ildə, sentyabrın 30-da, cümədən şənbəyə keçən gecə Gəncə zəlzələdən dağıldı. Şəhər əhalisindən 230-300 min nəfər həlak oldu...
GƏNCƏ QAPILARI (FRAQMENT)
Bu o vaxtlardı ki, heç Londonun, Parisin bu qədər əhalisi yox idi.
Gürcü çarı Demetre qan iyi duydu, zəlzələdən sarsılmış şəhəri yağmalamağa gəldi. Cəsədlərin və xarabalıqların arasından qiymətli əşyalar axtarır, sağ qalanları isə qılıncdan keçirirdilər qonşularımız...Nə yaxşı ki, Səlcuq canişini Qara Sunqur özünü çatdırdı, lap Nuru paşa kimi. Qara donlu kafirləri qovdu. Çağrılmamış qonaqlar qaçan vaxt Gəncə qapılarını da aprdılar özləri ilə. Qoşa Gəncə darvazalarının bir tayı indi də Gürcüstanın Gelat monastırında əsirlikdə, gözləri yoldadır... elə bizim kimi.
Hərdən düşünürəm ki, qapılarını qoruya bilmirsənsə, gərək onu heç düzəltməyəsən...
*Qafqaz Albaniysının əzmətli abidəsi Qanzasar monastırı 1216-1240-cı illərdə tikilmişdir. Atasının vəsiyyətinə görə Həsən Cəlal Dövlə sonradan Alban mədəniyyətinin mərkəzinə çevrilmiş Qazasar monastırını ucaltmışdı. 1836-cı ildə Rusiya Müqəddəs Sinodunun qərarı ilə Alban katlikosluğu ləğv olundu. 1836-1910-cu illər ərzində minlərcə yaşı olan Alban arxivlərindən ermənisayağı yararlandıqdan sonra bu arxivləri sadəcə olraq yandırdılar. Rus dayısı Qarabağa ermənini yamayandan, yəni köçürəndən sonra meydan sulayırlar özgə torpaqlarında. Əvvəldən eşşək minən olduqlarından məlum işğaldan sonra, 2010-cu ildə gözəl Şuşamızda eşşək yarışmaları keçirən erməni irsi ənənəsinə sadiqliyini bir daha sübut elədi.
QANZASAR MOHASTIRI
Qanzasar monastırı Yuneskonun qeydiyyatındaır. Cənubi Qafqaza yabançı olan erməni zəngin Alban mədəniyyətini özününküləşdirmək üçün əlindən gələni edir. İndi yəqin ki, işğal olunmuş torpaqlarımıza çox qədim erməni tarixi abidəlıri basdırmaqla, onu zibilləməklə məşğuldurlar..Dua oxumaqla qara donlu kafirlər bizə məxsus olanı bizə qaytarmaq itəməyəcəklər. Atalar deyiblər axı: keçinin (yəni ermənini) ölümü gələndə, buynuzunu çobanın (yəni bizim) çomağına (yəni ORDUMUZA) sürtər... Bu əsirlik də çox çəkməz, inşaallah!
*Çuxursəd bəylərbəyiliyinin ərazisində olan İrəvan ayrıca söhbətin mövzusudur. İrəvan xanı Hüseynəli xan (1764-1783) 1764-cü ildə Göy məscid-i tikdirmişdi. Vandal erməninin gözünü çıxarırdı bu məscid. Belə olmasydı 1988-ci ildə artıq 3-cü dəfə bu gözəl memarlıq abidəsini məhv eləməzdilər. İrəvandakı Sərdar saryını da Hüseynəli xan usta Mirzə Səfərə inşa etdirmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmmədhəsən xan bu saryın Güzgülü salonunu və Yay imarətini tikdirmişdi

İRƏVANDA GÖY MƏSCİD İRƏVANDA SƏRDAR SARAYI

Erməni mədəniləri bunları da 1913-1918-ci illərdə dağıtdılar. Biz övladlar babalarımızın mirasını qoruya bilmədiyimiz üçün, onların ruhları qarşısında günahkarıq, yəqin. Necə oldu ki, oğru, qarvaş xislətlilər müvəqqəti də olsa bizi üstələdilər? Bəlkə arxalı köpək qurd basar deyimi yerinə düşər? Bu abidələr işğaldan, əsirlikdən qurtarılmalarını və bərpa olunmalarını gözləyirlər.
Xalqımızın elə mədəni itkiləri var ki, öz əhəmiyyətinə görə heç də butöv bölgələrdən az dəyərli deyildir...
*1826-28-ci illərin Məmləkəti Məsairi (Birləşmiş Məmləkət, indiki anlamda İran) və Rusiya
arasındakı müharibənin nəticələri çox ağır oldu. Vətənimiz parçalandı, yağılar başa keçdilər. Rus ordusu 1828-ci ildə, fevralın 8-də Ərdəbilə girmişdi. Dəvə zərgər dükanına girdiyi kimi.
General Paskeviç Şeyx Səfi məqbərəsini ziyarət elədi. O, məqbərəyə bir xalça və 800 manat qızıl pul bağışlamaqla yerli ruhaniləri ələ aldı. Sonra da bildirdi ki, Rusiyadalı müsəlmanları maarifləndirmək üçün azı beş əsrlik tarixi olan Şeyx Səfi kitabxanasının əlyazmalarının surətini çıxarmaq məqsədiylə Rusiyaya aparmaq istəyir... Bu əlyazmaları sonra mütləq geri qaytarılacaqdır. O, bir rus generalı kimi söz verdi. İndi düz iki əsrdir ki, (daha dəqiq-183 il) general Paskeviçin xalqımıza verdiyi vədə əməl olunmur. Belə görsənir ki, babalarının verdyi şərəfli general sözünü varislərinə xatırlatmağın əsil vaxtıdır. Aldanmış ruhanilərimizə gəldikdə isə, yaxşı deyiblər ki, tamahkarı yalançı aldadar. İşğalçı kafalı, generalın bacısı oğlu, tanınmış rus yazıçısı və uğursuz diplomatı Qriboyedovun məsləhəti, canfəşanlığı ilə Paskeviçin Sankt-Peterburqa imperator kitabxanasına apardığı 166-dan çox qiymətli əlyazmaları hazırda Ermitaj muzeyində saxlanır. Bu muzeydə də erməni ixtiyar sahibidir...Əsirlikdə, qürbətdə olan əlyazmalarımız bizim qeyrətimizlə Vətənə qaytarılacaqları günü gözləyirlər... ŞEYX SƏFİ MƏQBƏRƏSİ NİZAMİ XƏMSƏSİ Şeyx Səfi kitabxanasının yağmalanmasında, erməninin Qarabağa köçürülməsində əli olan qatı rus xristian millətçisi Qriboyedovu 1829-cu ildə Tehranda xalq kütləsi qadın məsələsinə görə tikə-parça etdi. Hətta Fətəli şahın bu namus qəhrəmanı, başabəla diplomatı qorumaq üçün göndərdiyi 2000 əsgərin də köməyi olmadı. Sah hökuməti dünyada Şah almazı kimi tanınan məhşur almazı bu dəyərli diplomat üçün qanbahası olaraq rus çarına göndərdi. Nə deyəsən belə işə? Qriboyedov öz ölümü ilə rus siyasətinə və xəzinəsinə mənfəət gətirmiş oldu.
Bizə gəldikdə isə, itirdiklərimizi geri qaytara bilmək üçün onların yerlərini bilməliyik...

Müzəffəri-H.Ç. tel: 050- 334-59-64 (Azercell)
Mart-aprel.2004.Azərbaycan Respublikası.
Sumqayıt ş. 29.01.2011-də yenidən işlənmişdir.
HTML-dili şəklində sizin sayt üçün
BB-kodu şəklində
Xəbər başlığı: Əsir düşmüş abidələimiz

Ссылка будет доступна в течении 0 ч. после оплаты
1312282110_azx-n
1312282205_demir-qapi
1312282221_xudafrin
1312282239_xudafrin-1
1312282278_gence-darvazasi
1312282305_gence-qapisi
1312282329_qandzasar
1312282355_qanzasar
1312282389_gy-ms
1312282483_eyx-sfi-m
1312282485_rv
1312282526_eyx-sfi-m
1312282805_eyx-sfi
1312282891_azx-qzet
1312282952_nizami-xmssi
1312283384_ata10

Bölmələr: Dövlətçilik-Siyasət

Hörmətli istifadəçi siz sayt da qeydiyyat olmadan istifadə edirsiniz.
Biz sizə tövsiyyə edirik ki, qeydiyyatdan keçəsiniz. Yaxud da sayta şəxsi istifadəçi adınızla gələsiniz.
Azpress VB

Rəy əlavə et

Adı:*
E-Mail:*
Şərhlər:
Kodu daxil edin: *
 
1990ci il 20 yanvarda sovet ordusunun AZERBAYCAN TORPAGINA tecavuz etmesinden fotoqraf ressam T, 2012-ci il ejdaha kimi olacaq, 26 İYUL AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN YARANMASI GÜNÜ MÜN, 4-5 iyun 2011-ci il tarixinde Azerbatcan Respublikasi Medeniyyet ve Turizm Nazirliyinin desteyi ile , Aktual, Ali məktəb tələbələri arasında respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb, Azərbaycan Dövlət Rəqs ansamblının konserti, Azərbaycan kinosujeti sərgiləndi, BAKU Cup 2012, Bakıda ilk dəfə keçirilən “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi olub, Bakıda XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılmış, Bakıda “Potensial” dekorativ-tətbiqi sənət festivalı açılmışdır, Bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyi konsert proqrami ilə keçirildi, CITY CHALLENGE BAKU 2012 Dunya mediasinin diqqetindedir, Cəlilabad, ELIN MEHRIBAN QIZI klipinin BMM-de teqdimati, foto, Gencenin novruz cinfoniysi 2012 ci ilde xalqin zehmetiyle, GULES AZERBAYCANA SOHRET GETIRIR, Gənc solistlərin iştirakı ilə “YENİ TƏƏSSÜRATLAR” adlı konsert keçirilib, Gənc Tamaşaçılar Teatrında “Romeo və Cülyetta” premyerası baş tutdu, JUDO UNION-BAKI BIRINCILIYI, Milli Dram Teatrında «Qadın məhəbbəti» adlı tamaşa keçirilib, Miras, Mubariz SEHIDLERIMIZE hesr edilmis teatr festivali istirakcilari mukafatlandirildi Millet Vekili Ja, Musiqi ve xalq seneti festivali Filarmoniya baginda, MİLLİ KARATE FEDERASİYASİ 10-dan 12- nedek BAKİDA FEVRAİDA 2012 il beynelxalq KARATE yarisİ KECİR, MİRAS AĞSUYA İNFOTUR TƏŞKİL EDİB, Q.QARAYEV adına AZƏRBAYCAN DÖVLƏT KAMERA ORKESTRİ, qəzəl, sizinlə gələcək” adlı tədbir keçirilmişdir, TEATR FESTIVALININ ACILISI GENC AKTYORLARA ALQISLARLA BASA CATDI, Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin yekun konserti keçirilib, Vokalçı Sevda Quliyevanın solo konserti keçirildi., “Pirates Story” klipinin təqdimatı keçirildi., “Sağlam gələcək, “Xatirələrdə yaşayan əbədi ömür” adlı tədbir keçirilib, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, İsmayıllıda keçirilən “Jurnalistlər üçün qış məktəbi”nə yekun vurulub, Əməkdar incəcənət xadimi Pərviz Quliyevin 70 illiyinə həsr olunmuş Kino səlnaməsi foto sərgisi muze

Bütün xəbər başlıqlarnı göstər