KГ-NÜL TORPAQ ALTDA ÇÜRÜMƏDİYİ KİMİ, KГ-NÜLLƏ GГ-RÜLƏN İŞLƏR DƏ ƏBƏDİLİK QAZANAR. » Azerbaijan PRESS VIDEO-PHOTO The Journal of the factor
DİQQƏT : www.AzPRESS.az xəbərdarlıq edir ki, Sizin ŞƏXSİ SAYT adlanan bu bloqsda təqdim olunan materiallara görə redaksiya hec bir məsuliyyət daşımır! Bu bloqs oxucularımızın şəxsi SAYTI hesab olunur!

Azerbaijan PRESS VIDEO-PHOTO The Journal of the factor » Mədəniyyət və Turizm » KГ-NÜL TORPAQ ALTDA ÇÜRÜMƏDİYİ KİMİ, KГ-NÜLLƏ GГ-RÜLƏN İŞLƏR DƏ ƏBƏDİLİK QAZANAR.

 
 
 

KГ-NÜL TORPAQ ALTDA ÇÜRÜMƏDİYİ KİMİ, KГ-NÜLLƏ GГ-RÜLƏN İŞLƏR DƏ ƏBƏDİLİK QAZANAR.

Yerləşdirdi: NüşabəA tərəfindən. 3-02-2011, 00:23, baxıldı: 837

0
Əminəm ki, hikməti-Nizamidə, məhəbbəti-Füzulidə, cəsarəti-Nəsimidə görən, həyatda adi, əslində isə dərya qədər təfəkkürə, elmə, poeziyaya, ədəbiyyata, Azərbaycan və dünya klassiklərinə vurğun, cansız taxta parçalarına həyat verib, onlar üzərində heyrətamiz sənət əsərləri yaradan, sakit təbiətli, mülayim xasiyyətli, həyatının bütün anları üçün Tanrıya şükr edən, ağsaqqal sənətkar, "ağac üzərində xətoyma ustadı" Hacı Seyfəddin Məsimoğlunu hamı tanıyır. Seyfəddim müəllimin daxili dərin bir dəryadır, amma xarici görkəmi də ilk baxışdan insana çox şey deyir.
Saçlarının bəyazlığında el-oba niskilli-Cəbrayıl həsrəti, düşmən tapdağında qalan torpaqda dəfn etdiyi 19 yaşlı qızının məzarını heç olmasa, ziyarət etmək yanğısı, gözlərində məhəbbət vardı-sənətinə, işinə, həyat verdiyi taxta parçalarına, Vətəninə, elinə, ailəsinə, bir də 14 yaşında ikən tər-təmiz uşaq hafizəsinə saf, ülvi duyğularla həkk olub, idiyədək yaşayan-12 yaşlı qızcıqaza. Sözündə-söhbətində hikmət, əvəzolunmaz sənət əsərlərini yaradan əllərində, titrək barmaqlarındasa bir sehr, möcüzə vardı-Hacı Seyfəddin müəllimin.
Mənəvi dünyasının zənginliyi, oxuduğu klassiklərin əsərlərindən aldığı zövqü-səfa, bütün həyatı boyu yaşadığı heyrət, məhəbbət, həsrət-bütün bunlar hamısı bu balaca, quru taxta parrcaları üzərində yaratdığı sənət əsərlərində əks olunub.
"Torpaqdan yaranmış olan bədənimiz eşq ilə göylərə yüksələr", "Könül torpaq altında çürümədiyi kimi, könüllə görülən işlər də əbədilik qazanar".
Mövlanə Rumi.
Bu müdrik kəlamları Seyfəddin müəllim sehrli barmaqları ilə həm ağaclar üzərinə həkk edib, həm də həyat səlnaməsinə aid edib. Təbii ki, bu cür çətin və möhtəşəm sənət əsərləri eşq və könül ilə hasil ola bilərdi. Baxmayaraq ki, ağac üzərində xətoymanın öz texnologiyası, çətin bir kompozisiya quruluşu var. Simmetrik xətlərlə, güzgülü formalarla, hərfləri qurmaq-kəsmək, yapışdırma ilə, ağacı oymaqla, kəsici alətlərlə iş, təbii ki, mənimçün, olduqca mürəkkəb görünən digər proseslərlə başa gəlir bu əsərlər. ümumiyyətlə, özünə çətin peşə seçdiyi kimi, həyat fəlsəfəsini də hər kəs başa düşməz Hacı Seyfəddin müəllimin.Amma mənə elə gəlir ki, onunla həmsöhbət olan ən duyumsuz insan belə, onun fəlsəfi, nəsihətamiz, müdrik söhbəətlərindən nə isə götürəcəkdir. Duyğulu, düşüncəli, maraqlı və məzmunlu söhbətimizə başladıq:
- 1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşam. Qayğılı- qayğısız uşaqlığdan sonra təbii ki, oxumaq üçün Bakıya gəlməli idim. Beləlikə, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil oldum. 1960-cı ildə həmin texnikumu bitirib, rayona qayıtdım və 3 il öz kəndimizdə müəllim işlədim.
1964-cü ildə tale məni yenidən Bakıya gətirdi. Elə o vaxt da Əlyazmalar Fondunda, yəni indiki Əlyazmalar İnistitunda (Bu bina vaxtilə Zeynalabdin Tağıyevin qız məktəbi, həm də Ali Sovetin köhnə binasıdır) işə başladım. Bildiyiniz kimi, Azərbaycan klasiklərinin yaradıcılığı, Şərq ölkələrinin əksəriyyətinin çap kitabları, daşüstü basması, orta əsr dövrünün ən nadir nüsxələri burada saxlanılır. Mən də həmin kitabların oxucu əlində sürtünüb, keyfiyyətinin aşağı düşməməsi üçün onları fotoplyonkaya çəkib üzünü çıxarırdım. Yəni fotoqraf kimi işləyirdim. Mənim işə başladığım dövrdə, xarici dövlətərə hər adam gedə bilməzdi. İşimlə əlaqədar bir gün əlimə bir kitab keçdi, "Rəsmli Türk Ədəbiyyatı Tarixi." Mən kitabı varaqlayanda, içində üç dənə dini yazıya rast gəldim-Ərəb əlifbası türk sənətkarları əlində. Xəttatlıq nümunələrinin sənətkar əlində necə möcüzələrə çevrildiyini görəndən sonra, başa düşdüm ki, demək, bu əlifbadan türk sənətkarları bədii şəkildə istifadə edə bilərlər. Bu işarə demək olar ki, mənim gələcəkdə görəcəyim bütün işlər üçün bir açar oldu. ümumiyyətlə, Ərəb əlifbası bütün dünya əlifbaları işində yaradıcı adam üçün ən geniş imkan verən bir əlifbadır. Yəni burada belə bir meydan var ki, yaradıcı adam öz fantaziyasına görə, bu əlifbanı hansısa bir bədii şəkilə salıb, ecaskar formaya gətirib çıxara biər. Mən həmişə fikirləşirdim ki, Allah mənə bir ömür veribsə, mən bu ömür payımda xalqa necə xidmət edə bilərəm ki, xalqın mənəviyyatı üçün bir şey yaradım, özümdən sonra bir şey qoyub gedim? Deyəsən, mən içində özümü tanıyacağım sənəti tapmışdım. Beləliklə, mən həmin kitabdan "Qurani-Kərim"dən götürülmüş, ancaq məscid divarlarında, bir də baş daşlarında yazılan "Allah hər şeydən xəbərdardır" kəlməsini yazmaq qərarına gəldim. Həmin yazını necə var o qaydada çəkdim, simmetrik bir kompozisiya qurdum, yazmaq texnologiyasını düzüb-qoşandan sonra, bazardan aldığım ət taxtasının üzərində həmin yazını işlədim. O vaxta qədər ağac üzərində yazı yox idi. Bu işim gənc mütəxəssislər tərəfindən yaxşı qarşılandı, düzdü o yazını sonrakı işlərimlə müqaisə edəndə, mənə elə gəlir ki, mən onu məktəbə yenicə gedən bir uşağın ilk yazısı kimi yazmışam. Lakin indi də İnistitutumuzuda saxlanan mənim bəyənmədiyim o yazı, mənimçün bünövrə oldu. Sonra İnistitumuzun rəhbəri rəhmətlik Cahangir Qəhrəmanov təklif etdi ki, bəlkə indi də Azərbaycan klasiklərinin adını işləyim. Bu minvalla 48 yaşımda bu işə başladım. Klassikləri-Füzuli, Xəqani, Nəsimi, Nizami, Şah İsmayıl Xətai, Əlişir Nəvai, Aşıq Qurbani, Şəms Təbrizi, Nəsrəddin Tusi, Soltan Məhəmməd, Cəlalə Urumi, Movlanə, üzeyir Hacıbəyov, Hüseyn Cavid, Əcəmi Naxcıvani, Mirzə Cəlil kimi şəxsiyyətlərin adlarını, sonralarsa, onların yaradıcılıq aləminin elementlərini təsvir edən əsərlər və üstündə dini kəlamlar yazılan kompozisiyalar işlədim. "Qırxında öyrənən gorunda çalar"-deyirlər, amma o insanın içində yaratmaq eşqi varsa, onunçun yaşın heç bir fərqi yoxdur. Bir meyvənin tumu 30-40 il qalıb sonra torpağa atılarsa, mütləq bitəcək. Sənət də elə bir şeydır. İnsanın qəlbində, canında bir şey varsa, o mütləq bir gün üzə çıxacaq. Yeri gəlmişkən bir şeyi qeyd edim. Yaradıcı adam üçün düşdüyü mühit çox şeyi həll edir. Bir adamın canında görmək, götürmək , yaratmaq hissi varsa, həmin adam düşdüyü mühitdə özünə lazım olanı mütləq axtarıb tapmağa çalışacaq. Deyirlər, çox gəzən və çox görən çox bilər, elədir, mənə görə çox bilmək üçün həm də gərək görüb- götürəsən. Mən bura gəlib düşməsəydim, təbii ki, hardasa işləyəcəkdim, amma indi gördüyüm işlər olmayacaqdı. Ona görə həm Allahıma şükr edirəm, həm də bura gəlməyimə səbəb olan insanlara minnətdaram. 47 ildir burada işləyirəm. Bütöv bir insan ömrüdür. Rəssamlıq texnikumunu bitirmişdim, burda işləyə-işləyə İncəsənət İnistitunun teatrşünaslıq fakültəsində oxuyurdum. Təsəvvür edirsiz, nə rəssamlıqda, nə də teatrda mən özümü tapa blmədim, ancaq quru taxta parçalarında mən özümü tapdım. Yaradıcı insana Tanrı bir vergi verir. Demək mən də rəssamlıqda tam deyildim. Texnikumu bitirəndən sonra foto işiylə əlaqədar hərdən ora yolum düşürdü. O pillələri qalxıb-düşüncə deyirdim, "a pillələr, düz dörd il sizi qalxıb düşdüm amma mənə heç nə vermədiz." Sonra düşündüm ki, bəlkə də rəssamlığa getməsəydim, bu işlər bu qədər səliqəli alınmazdı. Bütün yaradıcı sənət adamları ilk növbədə, əsərin kompozisiyasını səliqəli və dəqiq qurmalıdırlar. Mənimçün bu işlərin kompozisiyasını qurmaq çox çətin olur. Günlərlə, aylarla düşünürəm ki, kompozisiyanı necə qurum ki, sonradan işlər korlanmasın, axı, balaca bir səhv sonradan bütün işi korlaya bilər. Bəzən gözümlə baxanda qurduğum kompazisiyada nəyi necə edəcəyimi görə bilmirəm, amma onlar mənim fikrimdə və beynimdə hazır olur. İş beynimdə hazır olandan sonra onu işləməyə başlayıram. Kompozisiya hazır olandan sonra, o işi əlimdə işləmək mənimçün rahat olur. Bu işdə Allahın verdiyi qabilliyyət , bir də səbr lazımdır. Bir işə aşağısı iki ay vaxt gedir. Füzulini düz 7 aya işləmişəm, bu mənim ən dəyərli, qiymətli əsərimdir və mən ona "Füzuli türbəsi" deyirəm.
- Demək olar ki, klassikləri bu balaca taxta parcalarının üzərinə öz böyük yaradıcılıqları ilə birlikdə yerləşdirmisiniz, onları sanki, fərqli bir rəngdə, qeyri- adi bir formada təbliğ edirsiz. Yəni bu klassiklər haqqında geniş məlumatı olmayan qərib bir adam bu əsərlərdən qaynaqlanır. Düzdü, tamaşaçıya bu əsərlərin hər birinin izahını verirsiniz. Əsərləriniz böyük fəlsəfi məna daşıyır, yəqin ki, hər tamaşaçı bu kompozisiyaları eyni səviyyədə başa düşmür.
- Hər klassikin yaradıcılıq mahiyyəti, həyati baxışları, onun həm özü, həm də əsəri haqqında fikirlərim məndən aslı olmayaraq, əsərdə özünü müxtəlif şəkillər, obrazlar vasirəsilə ifadə edir. Məsələn: Füzulinin "Leyli və Məcnun"unda öz fantaziyama görə belə bir kompozisiya qurdum. üstünə Leyli və Məcnun yazılmış bir məzar daşı işlədim. Leyli və Məcnun öləndən sonra, Məcnunun insanlardan qaçıb çöllərə düşəndə dostluq etdiyi heyvanlar həmin məzarın üstünə gəlirlər. Ceyranı qız-yəni Leyli kimi, Məcnunu isə oğlan-yəni pələng kimi təsvir etmişəm. Füzulinin öz şəklini səkkiz guşəli butanın içinə salmışam. Həmin səkkiz guşə bizim gerb və bayrağın üstündəki ulduza işarədir. Füzuli özündən sonra kimlərin yaradıcılığına təsir edibsə, o da kompozisiyada öz əksini tapıb. Füzulini dəfələrə işləmişəm. Bayaq dediyim "Füzuli türbəsi" ni, həmin günbəzvari işi dizlərimin üstündə işləmişəm. Bu əsəri onun "Fars" divanından "Allaha tərif" qəzəlini oxuyandan sonra, gümbəz kimi işləmək qərarına gəldim. Əsərdə 6 dəfə Məhəmməd Füzulinin adını təkrarlamışam, gümbəzin hər iki tərəfində təsvir etdiyim ayparalarlasa, 15 gün gecəni aydınlıq, 15 gün gecəni isə qaranlıq nəzərdə tutmuşam. Bu mənim ən çox ürəyimcə olan işimdir. İndi həmin əsər Almaniyadakı İslam mədəniyyət muzeyinin Azərbaycan bölməsində saxlanılır. Görün "Aşıq Qurbani" də nə demək istəmişəm. Qurbani sözündə sona düşən N və İ hərflərinin güzgülü formasıyla, sazın çanağını almışam. Sazın bir çanağı Xüdafərin körpüsünün bir tağına toxunur. Saz körpünün tağına toxunursa, belə çıxır ki, suyun içindədir. İki buta arxa-arxayadır, yəni Cənubi Azərbaycanla get-gəl yoxdur. Digər iki buta isə qarşı-qarşıyadır, yəni get-gəl olmasa da, musiqimiz və körpümüz birdir.
H.Cavid türkcü olduğuna görə, onun işində ayparalar təsvir etmişəm, həmin ayparalar birləşib yumru bir forma alıb, bu türkcülüyə işarədir. Mənim əsərlərimin hər birinin böyük mənası var . Mən mahiyyətsiz iş görmürəm. Hər bir əsərimin izahı var. Ancaq tamaşaçının yanaşma tərzi də eyni olmur. Mənim əsərlərimdən birini ("Bismillahir-Rəhmani-Rəhim"yazısı olan əsəri) alan alman hüquqşünası dedi ki, "Allah sənin əlini bərəkətli yaradıb. Adama elə gəlir ki, sənin işlərinin üstündə əl gəzməyib, amma o əsərlər mənim gözümün qabağındadır." Lakin başqa bir yanaşma da olur. Mən yeni işimi burada iş yoldaşlarıma göstərəndə, bir polis mənim işimə baxıb dedi: "Bu taxtadan nə yaxşı ət taxtası olardı." Yəni duyumu olmayan adama nə qədər izahat versən də xeyiri yoxdur. Sənət bilən insanlar elə ilk baxışdan sənəti duya bilirlər.
- Demək olar ki, bütün klassikləri oxumusunuz. Həm mütailə, həm də böyük vaxt hesabına başa gələn sənət əsərləri. Maraqlıdır, vaxtı necə bölürsüz?
- Mənim işlədiyim kompozisiyalarda hansı klassik varsa, hamısının əsərlərini tam şəkildə olmasa da oxumuşam. Füzuli necə Allahı tərifi edibsə, heç bir orta əsr şairi onu etməyib. Hər dəfə Dram Teatrının yanından keçəndə, başımı qaldırıb baxıram Füzuliyə və deyirəm: "Səni yaradanın başına dönüm. Səndən sonra səndən yuxarı çıxan yoxdur."
İşlərimin daha kompozisiyalı alıması üçün mütaliə edirəm, həvəslə, içimdən gələn bir istəklə və yenlikləri işimdə tətbiq edirəm. Məsələn: Nizamini keçən il təzə kompozisiyada işləmişəm. Açılmış kitab, üstündə qələm, adını, beş əsərinin hər biri üçün münasibətlər yeni konpozisiyamda var. Amma Nizaminin əvvəlki kompozisiyası bundan bir az kasaddır. Xətaini işləmək üçün mən nə qədər çalışdımsa, olmadı. Nəhayət onun haqqında bir kitab oxudum, bundan sonra, Xətai haqqında təəssüratım bütövləşdi və mən Xətaini işləməyə başladım. Kompozisiyanı hazırlayandan sonra, kənarlarını oğlum Fəxrəddin işlədi. Xətai qüdrətli hökümdar həm də qüdrətli şair olub. Lakin onun dini fikirləri həmişə millət arasında ikitirəlik yaradıb. Xətaini işləyəndə beynimdə onun haqqında olan fikirlər, məndən aslı olmayaraq əsərdə özünü ifadə etdi. Şah İsmayıl Xətai adını yazanda 12 Əlif (ərəb hərfi) yazıldı və onların 6-sı şəklin bir tərəfində, 6-sı isə o biri tərəfdə yaşılmışdı. Mən bunu 12 inamla əlaqələndirdim. Bu əsəri işləyəndə mən bir möcüzə ilə də rastlaşdım. Xətai müharibəyə meylli bir hökmdar idi. Əsəri bitirməyə az qalmış, kəsici alətlərdən biri mənim əlimi kəsdi və bir-neçə damcı qan şəklin üstünə düşdü, ürəyimdən keçdi ki, "Ey qüdrətli hökümdar, qan tökməyə o qədər meylli oldun ki, şəklini işləyəndə də qansız keçmədi." Belə bir qəribəliklə Nəsimini işləyəndə də qarşılaşmışam. Bütün işlərimi güzgülü işləmişəm. Nəsimini işləyəndə nə qədər çalışdımsa, güzgülü alınmadı. O saat bu beyti xatırladım:
"Məndə sığar iki cahan,
Mən bu canana sığmazam."
ümumiyyətlə, Tanrının möcüzələri çoxdur. Mən Tanrımı çox sevirəm və Tanrıma minnətdaram ki, bu bacarığı mənə verib ki, ürəyində bu milətə nəsə vermək istəyin varsa, bacarığından istifadə et. Mən bu işləri övladlıq xatirinə yerinə yetirmişəm. Düşünməmişəm ki, kimsə gəlib mənə "çox sağ ol" deyəcək, ya zəhmətimə görə bir şey verəcək. Gözləməmişəm. Mənə görə bu mənim işimdi, vəzifəmdi. çətin də olsa, asan da olsa, mən gileyli danışmağı sevmirəm. öz işlərimə baxanda fikirləşirəm ki, deyəsən, millət üçün nə isə etmişəm. 2007-ci ildə Mədəniyyət Nazirliyi məni Səudiyyə Ərəbistanına göndərdi. 2008-də isə məni Tuinisə-İslam üzvü olan ölkələrin konfransına dəvət etdilər. Biz Azərbaycandan 3 nəfər, 1 məruzəci, 2 sənət adamı getmişdik. Mən onda fikirləşdim ki, əgər 9 milyonun içindən seçilib Tunisə göndərilmişəmsə, demək millət üçün nə isə bir iş görmüşəm.
2008-ci ildə bir təşkilat məni Həcc ziyarətinə göndərdi. Həmin təşkilat indi mənim haqqımda bir kitab da buraxmaq istəyir.
2010-cu ilin oktyabrın 13-dən 16-na kimi, Türkiyəyə Şanlı Urfaya dəvət aldım. Orada mənim işlərimin əl işi olduğuna inanmadılar. çox şad oldu ki, əl işim o qədər səliqəlidir ki, onu dəzgah işinə bənzədirlər. 1995 ci ildə Azərbaycan etnoqrafiyası ilə bağlı Azərbaycana gələn Almanlar mənim iki əsərimi aldılar, hazırda Berlində İslam muzeyində saxlanılır. Biri Türk rəssamı Soltan Məmmədin əsəri, digəri isə, kitab qoymaq üçün rəhldir ki, başqa rəhllərə yuxarıdan baxıb oxumaq mümkün olduğu halda, bu rəhlin cevrəvari konstruksiyası sayəsində onun üzərinə kitab qoyulanda ağırlıqdan istiqamət aşağı doğru dəyişir və maili vəziyyət almasına görə, masa arxasında oturmaqla kitabı oxumaq olar. Fransada da (Yuneskonun xətti ilə) Füzulinin 500 illiyi münasibəti ilə əsərlərim nümaiş olunub. 2000-ci ildə fərdi sərgim olub. Haqqımda 100 nəfər yazı yazıb, qəzetlərdə, 30 jurnalda, 10 kitabda işlərim barədə məqallər çıxıb. Azərbaycan Televizyası "İki ömür"adlı filmini mənə həsr edib. Hazırda həyatım və işimə həsr olunan kitab nəşrə hazırlanır. çox əsər yaratmağa çalışmıram, çalışıram ki, işlərim az olsun, lakin maraqlı olsun. Mənim üçün kəmiyyət yox, keyfiyyət əsasdır. Həsənoğlu bir qəzəllə ədəbiyyatımızda qalıb. Mənim əsrlərimdə qətiyyən sünilik yoxdur. Kompozisiya da, orjinallıq da, bu taxta parçaları da, (ən çox qoz, fıstıq, qırmızı ağacdan istifadə olunur.) Hətta, ağaca parlaqlıq və möhkəmlik vermək üçün əlimlə hazırladığım qoz yağı da təbiidir.
-Sənətinizə bu boyda bağlı bir insansız, ailəniz də var. Ailə və sənət arasında özünüzü necə tarazlıqda saxlaya bilirsiz?
-Hər şey məhəbbətdən doğulur. Nahaq yerə deməyib Nizami:
"Eşqidir mehrabı uca göylərin
Eşqisiz ey dünya nədir dəyərin?"
Bir az məni yaşıma görə, bağışlayın. Gərək hər kəsin həyatda bir ilk məhəbbət hissi olsun. Onun üstündə köklənir bütün insanın həyatı, varlığı. Sonra ailə qurursan, ailədə də sədaqətli olursan, uşaqların səmimi atasısan. Amma bütün yaradıcılığın o hissin üstündə dayanır.
Mən təxminən 7-ci sinifdə oxuyanda belə bir hadisə yaşadım. Rayonumuz Araz çayının yanında yerləşirdi. Sərhədlə Arazın arasında bir yer var idi ki, oradan insanlar odun üçün, ot üçün istifadə edirdilər. Bir gün mən də qardaşımla ora getmişdim. Orda bir kişi də var idi, yanında 12-13 yaşlı bir qız uşağı. İndi də gözümü yumanda o qız necə var elə də gəlir gözümün qabağında dayanır. Mənim haqqımda cavan bir oğlan yazı yazmışdı. Nə üçünsə o yazı məni tutdu. Həmin oğlan qeyd etmişdir ki, "Leyli və Məcnun"-da ceyranın gözündə yaş vardı. Sənətkar bu hissi bu gədər dərindən yaşamasaydı, təbii ki, bu əsəri bu gədər inandırıcı yaratmazdı." Təsəvvür edin, Bəxtiyar Vahabzadəyə görə sevən insan nə üçün sevdiyini bilməz, Nəriman Həsənzadəyə görə sevən insan el içində qərib olar. Mən istərdim ki, bu hiss bütün insanların xüsusilə yaradıcı adamların canından keçmiş olsun. Yəni hər şey məhəbbətdən başlanır. Məhəbbətlə hər şey güclü olur. İnanırsınızmı, mən "Leyli və Məcnun"u işləyəndə, mənə elə gəlirdi ki, kimsə qarşımda oturub mənə baxır. üzr istəyirəm, bu mənim yaradıcılığımla bağlıdır. Mənə elə gəlir ki, bunu heç kim mənə irad tutmaz. Füzulinin özünü işləyəndə də eyni hissləri keçirmişəm. Nizamini uşaqlığımdan çox istəyirdim, Füzulininsə eşqi onu oxuduqca daha güclü və çılğın oldu. Mən başa düşdüm ki, onun dediyi sözü ondan sonra heç kim deyə bilməz. Mən Füzulini işləyəndə Allaha "şükr" edirdim ki, "Allahım, Sənin eşqinə, Füzulu eşqinə, Leyli və Məcnunun nakam məhəbbəti eşqinə, bu işi qurtqrınca gözümə işıq, əlimə dəqiqlik, canıma sağlıq ver". çünki mən bu işi adi iş saymıram. Onu türbə sayıram. Mənə elə gəlir ki, o Füzulinin baş daşıdır. Şükür ki, Allah mənə həm o işi, həm də digər işlərimi uğurla bitirməyimə kömək oldu. Bu da Allahımın mənə məhəbbətidir. Bütün əsərlərimin kökündə məhəbbət durur. Mən məhəbbətimi həm ailəmə, həm də sənətimə aid edirəm.
- çox fəlsəfi və elimli adamsınız. Həm də əsl sənətkarsınız. Safruhun bir fikrini xatırladım, tam bu məqamda yerinə düşən bir fikirdir: "Sənət elmin dalınca gedəndə maraqsız və duzsuz olur. önündə gedəndə isə maraqlı və duzlu, həmdə elmə kömək etmiş olur."
- Mənə elə gəlir ki, mən çox oxumasaydım, əsərlərimi bu qədər zəngin və maraqlı yarada bilməzdim. Mənim əsərlərimin, əgər nadan əlinə düşməsə əsirdən çox ömrü ola bilər. Mən yetişdirdiyim tələbələrimə də, davamçım olan oğlum Firudin və Fəxrəddinə də həmişə zəngin iş işləməyi tövsiyyə edirəm.Yəqin ki, onlar da məndən götürməyə çalışırlar. Sənət adamının elmi bilgiləri nə qədər çox olsa, bir o qədər yaxşıdır. Köhnə işlərimlə təzə işlərimi müqaisə edəndə düşünürəm ki, təzə bir bilgim mənim yeni əsərimi nə qədər də zənginləşdirib. Demək elm sənətin önündə gedəndə o sənətə işıq sala bilər. Sənət onda maraqlı ola bilər.
- Məndə elə təəssurat yarandı ki, siz həm də nə isə yazırsınız.
Gülümsündü.
- Rəhmətlik Asif Əfəndiyev deyirdi ki, gördüyünüz yaşlı adamların hamısı mütləq nə isə- heç olmasa sevdikləri qıza bir şer də olsa yazıblar. Mən gördüyüm və eşitdiyim hadisələri hekayə şəklində yazmışam. O hekayələrdə yalnız insanlığı, insanı münasibətləri təbliğ etmişəm. Məsələn, bir pişiklə anası ölmüş cücələr haqqında hekayədə demək isləmişəm ki, insanları da, heyvanları da Tanrı yaradıb. Lakin bu dilsiz-ağızsız heyvanlar bir-birinə sığındıqları halda, insanlar bir-birini qırmaq üçün hər gün minlərlə silah hazırlayırlar. Mən hər gün Tanrıya yalvarıram "İlahi, mənim yaşadığım bu dünyada iki üzlü, riyakar, pis insan yaratma." Lakin belələri ilə rastlaşanda düşünürəm ki, yəqin bunlar məndən əvvəl yaranıblarmış.
Haqqımda çıxacaq kitabda bu hekayələrim və hikmətli sözlərim də çap olunacaq. Mənə elə qəlir ki, əgər mən musuqi aləti çala bilsəydim, onda mizrabı simlərə deyil. Insan qəlbinə toxundurardım.
Elə taxta parçaları üzərində yaratdığınız əsərlər də insan qəlbinə toxunur, Seyfəddin müəllim. Yaratdığınız əsərlərin heç birinə biganə qalmaq olmur. Hər bir insanı saxlayır, sanki, maraqlı bir nağıl danışır bu əsərlər. Amma bu əsərlər içində ən çox hisslərimi oyadn "Aşıq Qurbani", bir də məni gözlərim doluncaya qədər duyğulandıran, "Leyli və Məcnun" oldu. Ceyranın gözündə o yaşı mən də gördüm. Mənə elə gəldi ki, ceyran o göz yaşını, qəlbinin iztirab və ağrısını sanki ətrafdakılardan qorxaraq, çəkinərək, utanaraq, öz içində gizləməyə çalışdığı halda, pələngsə üsyankar bir şəkildə ağlayır, içindəki dərdi, həsrəti, zülmü, işgəncəni bağıraraq, nərildəyərək, öz səsində, qışqırtısında aləmə bəyan edir. Bu kompozisiya insanı bütövlükdə hisslər dünyasına aparır... Qəlbinizdən bütün hisslərin əlifbası olan məhəbbət heç vaxt əksik olmasın.
Seyfəddin müəllim dərin bir dəryadır. Onunla olan söhbətimiz mənimçün çox maraqlı fəlsəfə, həm də həyat dərsi oldu. Bu söhbəti nə qədər dəyərli, məzmunlu formada yazdım, deyə bilmərəm. Ancaq şox böyük məsuliyyət və həvəslə çalışdım. Bu insanla görüşdüyüm, danışdığım, möcüzələr yaradan əlini sıxdığım üçün çox məmnun oldum.
Ayrılanda mənə maraqlı olan iki məsələyə açıqlama istədim.Bir azçəkinsəm də suallarımı verdim:
- Məlumdur ki, bu əsərlərdən almaq istəyənlər çox olar. Bu qiymətsiz əsərlərə "qiymət" qoymaq sizin üçün nə qədər çətin və nə qədər asandır?
- Mən əsəri işləyəndə onun satış qiyməti barədə heç nə düşünmürəm. Lakin hərdən elə bir sıxıntı olur ki, mən onlara hansısa bir qiymət qoymağa təəssüf ki, məcbur oluram.
- Hacı Seyfəddin Mənsimoğlu, ağac üzərində xətoyma ustadı, böyük sənətkar, əvəzolunmaz insan. Bu adların yanında sizə verilən hansısa bir fəxri ad, titul dayanırmı?
- Yox, heç bir adım, titulum yoxdur.
Həyatın hər anı üçün Tanrıya şükür edən bu insan onsuz da öz işi və sənətinin xəlqiliyi ilə mədəniyyətimizin ən incə sənətləri sırasında təkrarsız sənət əsərləri yaradan-bir peşənin sənətkarıdır. Həyatını xalqına və mədəniyyətinə həsr etdiyi üçün həmişə "şükür" edir. Yaşının bu çağında bəlkə də qəlbinin dərinliyində hansısa xırda bir diqqəti arzulayır. Mənə elə gəlir ki, bu balaca diqqətlə ağsaqqal sənətkara yaşayıb-yaratmaq üçün daha böyük enerji və ruh vermək olar. Bu haqda çox danışmaq olardı, lakin çox məşhur bir fikirilə məncə, bu mövzuda demək istədiklərimi ifadə edə bilərəm.-Sağlığında qiymət verin insanlara!


NüŞABƏ ASLAN
FOTOLAR - TAHİR CƏFƏROVUNDUR
HTML-dili şəklində sizin sayt üçün
BB-kodu şəklində

Ссылка будет доступна в течении 0 ч. после оплаты
CTT_1802_500
CTT_1805_500
CTT_1822_500
CTT_1830_500
CTT_1831_500
CTT_1835_500
CTT_1836_500
CTT_1838_500
CTT_1853_500
CTT_1854_500
CTT_1859_500
CTT_1865_500
CTT_1886_500
CTT_1890_500
CTT_1919_500
CTT_1930_500
CTT_1934_500
CTT_1935_500
CTT_1937_500

Bölmələr: Mədəniyyət və Turizm

Hörmətli istifadəçi siz sayt da qeydiyyat olmadan istifadə edirsiniz.
Biz sizə tövsiyyə edirik ki, qeydiyyatdan keçəsiniz. Yaxud da sayta şəxsi istifadəçi adınızla gələsiniz.
Azpress VB

Rəy əlavə et

Adı:*
E-Mail:*
Şərhlər:
Kodu daxil edin: *
 
1990ci il 20 yanvarda sovet ordusunun AZERBAYCAN TORPAGINA tecavuz etmesinden fotoqraf ressam T, 2012-ci il ejdaha kimi olacaq, 26 İYUL AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN YARANMASI GÜNÜ MÜN, 4-5 iyun 2011-ci il tarixinde Azerbatcan Respublikasi Medeniyyet ve Turizm Nazirliyinin desteyi ile , Aktual, Ali məktəb tələbələri arasında respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb, AZERBAYCANDA QAR SEVINCI GENCLER BAYRAMINA HEDIYYE OLDU, Azərbaycan Dövlət Rəqs ansamblının konserti, Azərbaycan kinosujeti sərgiləndi, Azərbaycan Radiosunun 85, Bakıda ilk dəfə keçirilən “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi olub, Bakıda XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılmış, Bakıda “Potensial” dekorativ-tətbiqi sənət festivalı açılmışdır, Bəstəkar Sevda İbrahimovanın 70 illik yubileyi konsert proqrami ilə keçirildi, CITY CHALLENGE BAKU 2012 Dunya mediasinin diqqetindedir, ELIN MEHRIBAN QIZI klipinin BMM-de teqdimati, foto, Gencenin novruz cinfoniysi 2012 ci ilde xalqin zehmetiyle, GULES AZERBAYCANA SOHRET GETIRIR, Gənc solistlərin iştirakı ilə “YENİ TƏƏSSÜRATLAR” adlı konsert keçirilib, Gənc Tamaşaçılar Teatrında “Romeo və Cülyetta” premyerası baş tutdu, Gənclər və idman naziri “Jurnalistlər üçün qış məktəbi”ndə təmsil olunan KİV nümayəndələrinə DİPLOM , JUDO UNION-BAKI BIRINCILIYI, Milli Dram Teatrında «Qadın məhəbbəti» adlı tamaşa keçirilib, Miras, Mubariz SEHIDLERIMIZE hesr edilmis teatr festivali istirakcilari mukafatlandirildi Millet Vekili Ja, Musiqi ve xalq seneti festivali Filarmoniya baginda, MİLLİ KARATE FEDERASİYASİ 10-dan 12- nedek BAKİDA FEVRAİDA 2012 il beynelxalq KARATE yarisİ KECİR, MİRAS AĞSUYA İNFOTUR TƏŞKİL EDİB, qəzəl, sizinlə gələcək” adlı tədbir keçirilmişdir, TEATR FESTIVALININ ACILISI GENC AKTYORLARA ALQISLARLA BASA CATDI, Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin yekun konserti keçirilib, Vokalçı Sevda Quliyevanın solo konserti keçirildi., “Pirates Story” klipinin təqdimatı keçirildi., “Sağlam gələcək, “Xatirələrdə yaşayan əbədi ömür” adlı tədbir keçirilib, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, İsmayıllıda keçirilən “Jurnalistlər üçün qış məktəbi”nə yekun vurulub, Əməkdar incəcənət xadimi Pərviz Quliyevin 70 illiyinə həsr olunmuş Kino səlnaməsi foto sərgisi muze

Bütün xəbər başlıqlarnı göstər